Qazaxıstan parlamentinə seçkilər bu tarixdə keçiriləcək

  • By Admin2
  • 01 İyul 2026 14:19

Qazaxıstanda Kurultay adlanan birpalatalı yeni parlamentə ilk seçkilər 23 avqustda keçiriləcək. 

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Fərmanında deyilir.

Həmçinin Fərmanla Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanmasını və keçirilməsini təşkil etmək, respublikanın hökumətinə və regionlardakı yerli hakimiyyət orqanlarına isə onların təşkili və maddi-texniki təminatı üzrə tədbirlər görmək tapşırılıb. Fərman dərc edildiyi andan qüvvəyə minib.

Qeyd edək ki, Qazaxıstanın yeni Konstitusiyası bu gün, iyulun 1-də qüvvəyə minib. Yeni Konstitusiya 5 illik müddətə seçiləcək və 145 deputatdan ibarət olacaq birpalatalı parlamentə keçidi nəzərdə tutur. Deputatlar Kurultaya yalnız partiya siyahıları ilə seçilə biləcəklər.

Gununsesi.info