Qazaxıstan rəsmilərinin adı Epşteyn sənədlərində araşdırılır

ABŞ-da maliyyəçi Ceffri Epşteyn ilə bağlı sənədlər Qazaxıstan rəsmilərinin mümkün iştirakı baxımından araşdırılır.

Bu barədə Gununsesi.info Qazaxıstan mediasına istinadən xəbər verir.

Bildirilib ki, ölkənin Baş prokurorunun müavini Yerlan Utegenov hazırda təxminən 3 milyon mesajın nəzərdən keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, materialların böyük hissəsi parçalanmış və təhqiramiz məzmun daşıyır.

Məlumata əsasən, araşdırmada əsas diqqət Qazaxıstan vətəndaşlarına istinadlara və ölkə ilə bağlı müzakirələrə yönəlib.

Rəsmi şəxs qeyd edib ki, Qazaxıstan rəsmilərinin iştirakı ilə bağlı araşdırma davam edir. Yekun nəticələrin təhlil prosesi başa çatdıqdan sonra açıqlanacağı bildirilib.

O vurğulayıb ki, məlumatların çoxluğu səbəbindən araşdırma vaxt aparır və bütün materiallar diqqətlə yoxlanılaraq təsdiqlənməlidir.

 

 

Günay

Gununsesi.info