Qazaxıstanda referendum baş tutdu

  • By admin
  • 05 İyun 2022 14:15

Qazaxıstanda referendum baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yayıb.

Seçici fəallığı 50%-lik həddi keçib və 7 saatlıq səsvermədə 53,43% təşkil edib.

Komissiyanın üzvü Anastasiya Şeqortsovanın sözlərinə görə, Qazaxıstanın 6 milyon 262 973 vətəndaşı bu yolla seçki bülleteni alıb: “Nəzərinizə çatdırıram ki, qanuna əsasən referendumda iştirak etmək hüququ olan vətəndaşların yarıdan çoxu səsvermədə iştirak etdikdə referendum keçirilmiş hesab olunur. Beləliklə, Mərkəzi Referendum Komissiyasının məlumatına görə, seçici fəallığının müəyyən edilmiş həddi əldə edilib”.

Daha çox insan – 65,3% Qızılorda vilayətində (ölkənin cənubu) səs verib. Nur-Sultanda indiyədək seçici fəallığı 41,13%, Almatıda isə 23,6% təşkil edib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, bu ümumxalq səsverməsi ölkədə ötən yanvar hadisələrinin təkrarlanmamasına imkan verəcək.

Qərbi Qazaxıstan, Atırau, Aktobe, Mangistau və Qızılorda vilayətlərində seçki məntəqələri saat fərqinə görə bir saat sonra açılıb və bağlanıb. Səsvermə 20:00-da (Moskva vaxtı ilə 18:00) başa çatacaq.

Gununsesi.info