Qırğızıstan tikinti işlərinin artımına görə AİB-də ilk yerdədir

Qırğızıstan AİB ölkələri arasında tikinti həcminin artımına görə lider olub.

Gununsesi.info xəbər verir ki,  bu barədə Sputnik Qırğızıstan məlumat verib.

Avrasiya İqtisadi Komissiyasının statistikasına görə, birlik ölkələrində tikinti işlərinin həcmi 2025-ci ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% artıb.

Bütün üzv dövlətlərdə artım müşahidə olunub:

Qırğızıstan — 28,6%;
Ermənistan — 28,3%;
Qazaxıstan — 15,1%;
Belarus — 9,5%;
Rusiya — 3%.