Qubada iki qardaş qayalıqdan çaya yıxıldı – BİRİ ÖLDÜ

  • By admin
  • 17 May 2021 19:31

Quba rayonu, Qəçrəş kəndində iki qardaş çaya düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info