Qubada müəllim dəm qazından boğuldu

  • Müəllif: Firuzə
  • 15 Mart 2026 22:57

Quba rayonunda qadın dəm qazından boğularaq ölüb.

Gununsesi.info-nun Report-a istinadən məlumatına görə, hadisə rayonunun Xucbala kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin məktəbində müəllim işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun 4 uşaq anası olduğu bildirilir.

Faktla bağla araşdırma aparılır.

Gununsesi.info