Qurucusu olduğu saytın 12 illiyini qeyd edir

  • Müəllif: admin
  • 19 Oktyabr 2025 20:35

Bu gün Azərbaycanın tanınmış jurnalisti, eks deputat Aynur Camalqızının qurucusu olduğu Axar.az xəbər saytı 12 yaşını qeyd edir.

Gununsesi.info xəbər verir ki, 2013-cü il oktyabrın 19-da oxucularla ilk görüşünə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.

Axar.az Azərbaycan, ingilis, rus və fars dillərində olmaqla dörd versiyada işləyir. Sayt həm də ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır.

Qeyd edək ki, Axar.az saytı “Teleqraf” Media Qrupun tərkibində fəaliyyət göstərir.

 

Gununsesi.info