Azərbaycan hakimiyyətinin uzun illər əsas simalarından biri olmuş PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev ağır cinayətdə ittiham olunur.
Ramiz Mehdiyev o kəsdir ki, son illərə qədər ölkədə siyasi hakimiyyətin əsas adamı olub. İstər dövlət idarəçilyi, istər yüksək vəzifə təyinatları, istərsə də deputat mandatlarının verilməsində ölkə rəhbərindən sonra qərarları məhz o verib.
Bugün Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması bir zamanlar onun haqqında mədhiyyə deyənləri də ona qarşı qaldırıb.
Ramiz Mehdiyevin “idarəçilik təcrübəsi”, “dərin zəkası” və sair keyfiyyətləri haqqında danşanlar, yazanlar indi onun üstünə gedir.
Ancaq zamanında hakimiyyət daxilində Ramiz Mehdiyevə qarşı açıq mübarizə aparan şəxslər də olub.
Bunlar Milli Məclisin sabiq üzvləri Əhəd Abıyev,Fəzail Ağamalı və Musa Musayev idi.
Hər üç şəxs Milli Məclis tribunasından Ramiz Mehdiyev haqqında sərt ifadələr səsləndirib.
Hər üç şəxs bu mövqelərinə görə məhz Mehdiyevin qəzəbinə tuş gəlmişdi.
Afət Abbasova
Gununsesi.info













