Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

  • Müəllif: Firuzə
  • 16 İyul 2025 12:19

Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanıdır.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu imtahan artıq sentyabrdan elektron formada keçiriləcək:

“Daha sonra rezidentura, Azərbaycan dili və magistratura imtahanlarının da mərhələli şəkildə rəqəmsallaşdırılması nəzərdə tutulur”.

Gununsesi.info