Rusiya əsas təhlükədir, Türkiyəyə isə deyəcəyik ki… - SENSASİYA

  • By admin
  • 16 Sentyabr 2021 09:54

Yaxın gələcəkdə Rusiya NATO üçün əsas hərbi təhlükə olaraq qalacaq.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Şimali Atlantika alyansındakı daimi nümayəndəsi vəzifəsinə namizəd olan Culian Smit deyib.

O bildirib ki, hazırda Rusiya Avropa-Atlantik bölgəsi üçün ən böyük geosiyasi təhdid olaraq qalır: “Əlbəttə ki, yaxın gələcəkdə – 10 il ərzində NATO ittifaqı üçün də ən böyük hərbi təhdid olaraq qalacaq. Rusiyanın hücumları davam edir, istər şərti, istərsə də NATO hava sahəsinə daxil olmaq, hədə-qorxu və ya kiberhücumlarla əlaqədar olsun, bütün vasitələrdən istifadə edərək gördüyü bütün bu cür hərəkətlərə görə Rusiyanı məsuliyyətə cəlb etməliyik. Rusiyanın bu fəaliyyəti təsdiqlənərsə, ABŞ-ın Rusiyanın “Şimal axını-2″ ixrac qaz kəmərinin istismara verilməsinin arzuolunmaz nəticələrini neytrallaşdırmaq üçün Amerikan müttəfiqləri və tərəfdaşları ilə birlikdə çalışacağına söz verir. Bu, pis bir razılaşmadır və Avropanın, xüsusilə də Ukraynanın enerji təhlükəsizliyinə xələl gətirən geosiyasi layihədir”.

Smit Türkiyəyə “çətin suallar” verməyə davam edəcəyini və Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasının yolverilməz olduğuna inandıracağını da qeyd edib.

Gununsesi.info