COVID-ə yoluxan böyrək xəstələrinin ölüm riski yüksəkdir

  • By admin
  • 16 Sentyabr 2021 09:44

“Böyrək xəstəliyi olan şəxslərin koronavirusa yoluxma zamanı ölüm riski iki dəfədən çoxdur”.

Gununsesi.info-un məlumatına görə, bu barədə E-tabib-in yaydığı məlumatda bildirilib.

Rəsmi məlumatda bunun ağciyər və böyrək arasında “çarpaz əlaqə” və infeksiya müalicəsində istifadə edilən hər hansısa dərmana qarşı xüsusi həssaslıqla əlaqəli olduğu qeyd edilib:

“Böyrək xəstəliyi olanlara COVID-19 infeksiyasına yoluxmamaq üçün özlərini qorumaları və qoyulan qaydalara əməl etmələri tövsiyə olunur”.

Gununsesi.info