Rusiya 2 diplomatı ölkədən qovdu - 14 gün ərzində...

  • By admin
  • 18 Yanvar 2021 17:34

Rusiya Niderland səfirliyinin 2 əməkdaşını ölkədən xaric edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Niderlandın müvəqqəti işlər vəkili Yost Reyntyes nazirliyə çağırılıb və iki rus diplomatının əsassız olaraq “persona non qrata” elan edilməsi ilə əlaqədar ona sərt nota verilib.

“Bu qeyri-dost və təxribat xarakterli addım, habelə hökumət tərəfdarı medianın köməyi ilə Haaqa tərəfindən təşkil edilən yeni anti-Rusiya isteriyası dövrü Niderland hökumət dairələrində Rusiya-Niderland münasibətləri çərçivəsində real problemlərin sağlam düşüncəsinin və anlayışının olmamasını və təməllərinin qəsdən pozulmasına meylin davam etdiyini nümayiş etdirdi”, – mesajda deyilir.

Qarşılıqlı prinsipə əsaslanaraq səfirliyin 2 əməkdaşı 14 gün ərzində Rusiyanı tərk etməli olacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayının əvvəlində Niderland hökuməti Rusiya Federasiyasından olan 2 diplomatı casusluqda günahlandırmış və onları “persona non qrata” elan etmişdi. Rusların diplomatik statusunun pərdə olduğu, əslində Xarici Kəşfiyyat Xidmətinin zabitləri olduğu bildirilmişdi. Lakin rus diplomatların qanunsuz hərəkətlərinə dair heç bir sübut təqdim olunmamışdı.

Gununsesi.info