Rusiya ABŞ-a cavab hazırlayır - Lavrovdan KRİTİK AÇIQLAMA

  • By admin
  • 23 Dekabr 2020 17:11

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab verəcək və Vaşinqtonla əlaqələrin bütün sahələrinə diqqət edəcək.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Sergey Lavrov qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman əl-Tani ilə görüşündən sonra təşkil olunan birgə mətbuat konfransında deyib.

“Bu, bizim üçün təəccüblü deyil. Birləşmiş Ştatlar çoxdan ölkəmizə qarşı düşmən siyasət yürüdür. Əlbəttə, cavabı olacaq. Özü də Rusiya-Amerika münasibətlərinin bütün spektri ilə əlaqəli əlavə nəticələr çıxaracağıq”, – Lavrov deyib və əlavə edib ki, rəsmi Vaşinqtonun hərəkətləri rəqibləri zəiflətmək cəhdidir.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyi Rusiya və Çinin silahlı qüvvələrlə əlaqəli 103 şirkətinin sanksiya siyahısını yayımlamışdı. Siyahıya Rusiya Federasiyası Müdafiə Nazirliyi, aviasiya, kosmik və digər sənaye sahələrinin iri müəssisələri də daxildir.

Gununsesi.info