Rusiya-ABŞ danışıqları başlayır

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş başlayır.

Gununsesi.info xəbər verir ki, buna dair görüntüləri Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova öz teleqram kanalında paylaşıb.
Görüntülərdən Rusiya nümayəndə heyətinin artıq danışıqlar keçirilən məkana gəldiyini görmək mümkündür.
Qeyd edək ki, Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edir. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar keçirəcək.