Rusiya səfiri Ter-Petrosyanın şəxsi malikanəsində – Saat yarımlıq görüşün gizlinləri açıqlandı

  • By admin
  • 26 Yanvar 2021 13:23
Ermənistanın birinci prezidenti, hazırkı baş nazir N.Paşinyanın ideoloji atası sayılan Levon Ter-Petrosyan Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopırkini növbəti dəfə öz şəxsi malikanəsində qəbul edib.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki,  erməni saytlarının yaydığı məlumata görə, bu haqda özünün “Facebook” səhifəsində  L.Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan yazıb.
Saat yarıma yaxın davam edən görüşdə Ermənistan-Rusiya münasibətlərinin inkişafı, regional təhlükəsizlik, o cümlədən son Qarabağ savaşı zamanı əsir düşmüş erməni hərbçilərin qaytarılması və s. məsələlərin  müzakirə edildiyi bildirilir.
Xatırladaq ki, eyni zamanda Ermənistan Milli Konqresi partiyasının lideri olan L.Ter-Petrosyan Azərbaycanın son müzəffər savaşından az öncə – 2020-ci il sentyabrın 9-da və Şuşanın azad edilməsi ilə həmin savaş dayandırıldıqdan 2 gün sonra-  noyabrın 12-də də işğalçı ölkənin müttəfiqi olan Rusiyanın səfirini öz evində qəbul edərək məzmunu tam açıqlanmayan müzakirələr aparıb.

Gununsesi.org