Rusiya XİN: “Ukrayna ilə danışıqların təşkilinə görə Türkiyəyə minnətdarıq”

  • By admin
  • 29 Mart 2022 18:16

Rusiya Ukrayna ilə danışıqların təşkilində vasitəçilik səylərinə görə Türkiyəyə minnətdardır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz Türkiyəyə Rusiya-Ukrayna danışıqlarının aparılması və ümumilikdə vəziyyətin nizamlanması üçün göstərdiyi vasitəçilik roluna və vasitəçilik səylərinə görə həqiqətən minnətdarıq”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda Dolmabağça sarayında Moskva ilə Kiyev arasında danışıqların yeni raundu keçirilib. Görüş təxminən üç saat davam edib.
Gununsesi.info