Rusiyanın itkiləri 2-3 dəfə arta bilər – PODOLYAK

  • By admin
  • 28 Mart 2022 18:59

Ukrayna düşmənin itkilərini iki, hətta üç dəfə də artıra bilər. Bununla belə, tərəfdaşların köməyinə ehtiyacımız var.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Tvitter səhifəsində yazıb.

Podolyakın sözlərinə görə, Rusiya hər gün 510-530 əsgər itirir. Bu, döyüşlərin son dərəcə yüksək intensivliyindən və Ukrayna hərbçilərinin motivasiyasından xəbər verir:

“Rusiya üçün geri qaytarıla bilməyən itkilərin sayını iki-üç dəfə artırmaq üçün ağır və uzaq mənzilli artilleriya sistemləri üçün mərmi tədarükü həcmini kəskin şəkildə çoxaltmaq lazımdır”.

Gununsesi.info