Ölkədə ÜDM-in həcmi ilk dəfə 100 milyardı ötəcək

  • By admin
  • 28 Mart 2022 19:14

Bu ilin sonuna Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 102 milyard manata çatması gözlənilir.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Deloitte” şirkətinın hesabatında bildirilib.

Sənədə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-nin real artımın 4,2 % səviyyəsində reallaşması gözlənilir: “İqtisadiyyatın canlanması 2021-ci ilin ikinci yarısından sürətlənib. 2022-2026-cı illərdə Azərbaycanda iqtisadi böyümə davamlı özəl istehlakın və investisiya artımı hesabına olacaq”.

Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-nin artımını 3,9 %, 2023-cü il üçün 5,1 % səviyyəsində proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,6 % çox ÜDM istehsal olunub. Belə ki, ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 %, neft-qaz sektorunda isə 1,8 % artıb.

ÜDM istehsalının 42,5 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 27,6 % artaraq 9 269 manat olub.

Gununsesi.info