Rusiyanın Xəzərdəki bütün hərbi gəmiləri SƏRHƏDDİMİZƏ YAXINLAŞDI

  • By admin
  • 26 Avqust 2021 19:37

Rusiya Xəzərdəki bütün hərbi dəniz qüvvələrini Həştərxandan Dağıstanın Kaspiysk limanına köçürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirinin müavini Timur İvanov məlumat verib.

“İlk mərhələdə yardımçı gəmilər, indi isə Hərbi Dəniz Qüvvələrinin əsas gəmiləri də Dağıstana köçürüldü” – deyə o bildirib.

Qeyd edək ki, Xəzər hərbi dəniz qüvvələrinin köçürüləcəyinə dair ilk məlumatlar 2018-ci ildə açıqlanmışdı. Müdafiə Nazirliyi bu addımın qüvvələrinin hərəkət imkanlarını genişləndirəcəyini bəyan etmişdi. 

Xəzər HDQ-nin tərkibinə bir neçə briqada və gəmi bölmələri, aviasiya, sahil qoşunları daxildir. Donanmanın flaqmanı Tatarıstan raket gəmisi sayılır.

Gununsesi.info