“Ruslar onların başını kəsib futbol oynadı” - Məşhur aktrisadan DƏHŞƏTLİ ETİRAFLAR

  • By admin
  • 12 İyun 2022 14:59

Ukraynalı məşhur aktrisa Tala Kalatay jurnalist Alina Dorotyuka müsahibəsində rus hərbçilərinin 90-cı illərin əvvəllərində Gürcüstanda mülki insanlara necə münasibət göstərdiyini danışıb.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, həmin illərdə həyat yoldaşı, gürcü biznesmen Laşa Şıxaşvili vətənində olub.

“Xoşbəxtlikdən onunla hər şey qaydasındadır, lakin rus işğalçıları heç kimə aman vermədilər. Onlar yüzlərlə insanı yandırıb, müxtəlif yaşlı qızlara təcavüz edib, insanların başını kəsib, onlarla futbol oynayıblar. Suxumidəki stadionda onun birinci müəllimi və anasının həkimi yandırıldı. Onlar təkərlərlə əhatə olundu və yandırıldı. Bizim bundan xəbərimiz yox idi, sosial şəbəkələrin də yox idi. O zaman Putin də yox idi”, – Kalatay qeyd edib.

O əlavə edib ki, Ukraynada müharibə başlayanda əri 16 yaşlı qızı üçün çox narahat olduğu üçün onların ölkəni tərk etmələri üçün təkid edib.

“Putin yox olarsa, cəmiyyət hələ də qalacaq. İmperiyanın parçalanması lazımdır”, – deyə məşhur vurğulayıb.

Gununsesi.info