Rusları qüdrətli edən budur - Putin

  • By admin
  • 12 İyun 2022 14:40

“İnsanlara qayğı, müxtəlif konfessiyalar və həyat sferaları arasındakı əlaqə rus xalqını vahid, qüdrətli və yenilməz edir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

O, bildirib ki, ölkədə insanları vətənpərvərlik və mənəvi dəyərlər birləşdirir: “Biz çoxəsrlik ənənələrin, mənəvi dəyərlərin, mənəvi əsasların nə böyük gücə malik olduğunu bilirik. Onlar Rusiyanın minillik tarixi boyu doğulub möhkəmləniblər və bu gün çoxmillətli xalqımızı birləşdirir, onlar üçün hər zaman səmimi, dərin vətənpərvərlik hissləri müqəddəs olub və qalır”.

Gununsesi.info