Şəkidə avtomobil ağaca çırpılıb: - Xəsarət alan var

  • By Günel
  • 20 Yanvar 2025 19:54

Şəkidə minik maşını ağaca çırpılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunda, Şəki rayonunun Aşağı Küngüt kəndində baş verib.

Şəki sakini Samir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca dəyib. Avtomobildə olan sərnişin, 41 yaşlı Şəki sakini Tural Abbasov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info