“Sədərək” Ticarət Mərkəzində baş verən insident ARAŞDIRILIR

  • Müəllif: Firuzə
  • 14 Oktyabr 2025 10:12

Dünən sosial şəbəkələrədə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə “Sədərək” Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Gununsesi.info-ya bildirib ki, “Sədərək” Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. (Mənbə APA)

 

Gununsesi.info