Şəkidə ağır yol qəzası – XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 01 May 2021 21:53

Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə axşam saatlarında rayonun Baş Layısqı kəndində qeydə alınıb.

Şəki sakini, 59 yaşlı Eyvaz Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil, Gədəbəy rayonu Pərizamanlı kənd sakini 39 yaşlı Aftandil Məsmalıyevin idarə etdiyi TIR-la toqquşub. Nəticədə “VAZ-2106″da olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır

Gununsesi.info