Səkkiz yaşlı uşaq zəhərli kobranı dişləyərək öldürdü -VİDEO

Hindistanda qəribə bir hadisə baş verib. Belə ki, səkkiz yaşlı uşaq zəhərli kobranı dişləyərək öldürüb.

İlan Dipak adlı uşağa həyətlərində oyun oynayarkən hücum edib.

“İlan qoluma sarılaraq məni sancdı. Onu silkələyib salmaq istədim, amma o tərpənmirdi. Qolum çox ağrıdırdı, buna görə onu iki dəfə bərk dişlədim. Hər şey bir göz qırpımında baş verdi”, – deyə Dipak baş verənləri danışıb.

Uşaq dərhal ailəsi tərəfindən xəstəxanaya çatdırılıb. Tibb müəssisədə ona zərdab vurulub.

Həkimlər artıq onun həyatının təhlükədə olmadığını bildiriblər.

Mənbə: Independent

Gununsesi.info