Sabah Azərbaycanın maraqla gözlədiyi futbol qarşılaşması olacaq – HAKİMLƏR AÇIQLANDI

  • By admin
  • 02 Dekabr 2020 17:28

“Qarabağ” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının V tur matçı üçün təyinatlar açıqlanıb.

Gununsesi.org xəbər verir ki, qarşılaşma İrlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Referi Robert Hennessiyə yan xətt hakimləri Allen Linç və Emmet Dinan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Pol Maklaflin yerinə yetirəcək.

Hakim-inspektor Serbiyadan Deyan Filipoviç, UEFA nümayəndəsi isə Rumıniyadan Oktavian Qoqadır.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Gununsesi.org