Sabah bəzi ərazilərdə qaz olmayacaq

  • Müəllif: Günel
  • 20 May 2025 19:23

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Gununsesi.info xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, 76 mm və 89 mm-lik boruların korroziyaya uğraması səbəbindən yeraltı xətlər yerüstü xətlərlə əvəz olunacaq. Bu səbəbdən qaz təchizatı mayın 21-də saat 09:00-dan etibarən Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfəlidizə, Nəhəcir və Göynük kəndlərində müvəqqəti olaraq dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Gununsesi.info