Şabranda evakuator qatarla toqquşdu, sürücü yaralandı

  • Müəllif: Firuzə
  • 01 Dekabr 2025 11:33

Şabran rayonunun Uzunboyad kəndində evakuator qatarla toqquşub.

Gununsesi.info  xəbər verir ki, hadisə dəmiryol stansiyası ərazisində baş verib.

Qatar dəmiryol keçidində evakuatorla toqquşub. Avtomobilin 47 yaşlı sürücüsü Zülfüqar Əzizov ağır yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Gununsesi.info