Şahmatçılarımız mübarizəyə başlayır

  • By admin
  • 30 May 2022 10:27

Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək.

Gununsesi.info-nun xəbərinə görə, yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaq.

Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq.

Dairəvi sistemlə təşkil olunan 1 günlük turnirin nəticələri “Norway Chess”də start nömrələrini müəyyənləşdirəcək.

Qeyd edək ki, “Norway Chess” turniri 31 may – 10 iyunda gerçəkləşəcək.

Gununsesi.info