Xəstə Əlisəmid Kür (Cəfərli) ötən gün Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.
Bu barədə Gununsesi.info -nun sorğusuna cavab olaraq, Respublika Diaqnostika Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.
“Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Bütün lazımi tibbi tədbirlər tərəfimizdən həyata keçirilir”, – məlumatda qeyd olunub.
***
12:01
Şair Əlisəmid Kür qaraciyərində yaranmış problemlə əlaqədar Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə Gununsesi.info -ya onun oğlu aktyor Qorqud Cəfər məlumat verib.
“Hazırda atamın vəziyyəti ağırdır”, – deyib.












