Sakinlərin kütləvi tərk etdikləri kənd - VİDEO

  • By Günel
  • 18 Fevral 2025 22:15

İsmayıllının Pirəbülqasım kəndində rəsmi qeydiyyatda olan 157 sakinin demək olar ki, hamısı buranı tərk edib.

Gununsesi.info xəbər verir ki, Baku TV-nin kənddə apardığı çəkiliş zamanı evlərin qapılarına qıfıl vurulduğu məlum olub.

Sakinlərin kənddən getməsinin səbəbinin şəraitsizlikdən qaynaqlandığı deyilir: yollar təmirsiz, işıq dirəkləri bərbad vəziyyətdədir, qaz xətti isə yoxdur.

Bacasından tüstü çıxan evlərdən birinin sakini isə kənddəkilərin çoxunun Bakıya getdiyini bildirib.

“İndi kənddə heç kim yoxdur. Yayda gələcəklər”, – deyə o söyləyib.

Daha ətraflı videomaterialda:

 

Gununsesi.info