Şəkidə 100 yaşlı seçici

  • By Günel
  • 25 Yanvar 2025 19:17

Şəki rayonunda ən yaşlı seçicinin 100 yaş var.

Gununsesi.info xəbər verir ki, rayonda qeydiyyatda olan ən yaşlı seçici 1925-ci il təvəllüdlü Telli Nurəddin qızı Məmmədhəsənovadır.

O, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 114 saylı Şəki şəhər seçki dairəsinin rayonun Baş Göynük kəndində yerləşən 43 saylı seçki məntəqəsində səs verəcək.

Gununsesi.info