Şerlok Holmsu 20 il əvvəl qaçırıblar

  • By Günel
  • 24 Yanvar 2025 10:31

“Sherlock” serialında məşhur detektiv personaj Şerlok Holms obrazını canlandıran britaniyalı aktyor Benedict Cumberbatch “Variety” jurnalına verdiyi müsahibədə 20 il əvvəl qaçırıldığını belə danışıb:

Gununsesi.info bu barədə türk mediasına istinadən xəbər verir.

“2004-cü ildə biz Cənubi Afrikada BBC üçün bir serial çəkirdik, yolda dostlarla səyahətə getdiyimiz avtomobilin təkəri partladı. Yol kənarında gözləyən 6 nəfər bizi soyub maşına mindirib qaçırdılar. Sanki hamımızı öldürəcəkdilər. Bizi sərbəst buraxdılar, ancaq içimə ölüm qorxusu dolmuşdu ”.

 

Günel Həsənova

Gununsesi.info