Şeyx: " XAMENEİNİN FƏTVASI QƏLƏBƏMİZİN CARÇISI İDİ"

  • By admin
  • 21 İyul 2021 19:56

“Qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

“Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz, bəlkə də, olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm.

Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”, – Şeyx bildirib.

Qeyd edək ki, Şeyxin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki , Allahşükür Paşazadənin bu çıxışı sosial şəbəkələrdə kəskin tənqidə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri Şeyxi tənqid edərək bildiriblər ki, Dağlıq Qarabağın işğaldan azad olunması hansısa bir İran mollasının fətvası ilə deyil, Şəhidlərin qanı hesabına başa gəlib.

Gununsesi.info