Şimali Makedoniya Putinin 5 diplomatını qovur

  • By admin
  • 29 Mart 2022 00:04

Şimali Makedoniya Rusiyanın bu ölkədəki 5 diplomatını persona non grata elan edib.

Gununsesi.info-nun MIA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya səfiri Sergey Bazdnikin martın 28-də Şimali Makedoniyanın Xarici İşlər Nazirliyinə dəvət olunub və ona 5 diplomatın ölkədən çıxarılmasına dair nota verilib.

Skopye bu qərarının səbəblərini açıqlamır.

Bundan əvvəl Bolqarıstan Rusiyanın bu ölkədəki səfirliyinin 10 əməkdaşını persona non grata elan etmişdi.

Ötən həftə habelə Latviya, Litva və Estoniya Rusiya diplomatlarının ölkədən xaric edilməsinə dair qərarlar qəbul ediblər.

Gununsesi.info