Şirkət TƏBİB-i məhkəməyə verdi

  • By admin
  • 20 Mart 2021 20:21

Azərbaycanda daşımalarla məşğul olan şirkət TƏBİB-i məhkəməyə verib.

Gununsesi .info xəbər verir ki, bununla bağlı “Logistika və Təchizat Zənciri Biznesinin İdarə Edilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edib.

Şirkət Bakı Kommersiya Məhkəməsində TƏBİB-ə qarşı iddia qaldıraraq qurumun sifarişi ilə daşımalar həyata keçirsə də, qarşı tərəfin müqaviləyə uyğun olaraq öhdəliyini həyata keçirmədiyini bildirib.

MMC-nin TƏBİB-ə qarşı məhkəmə şikayətinə hakim Fərrux Qasımovun sədrliyi ilə martın 29-da baxılacaq.

Gununsesi.info