“Skopin manyakı” cinayətlərinin detallarını danışmaq üçün jurnalistlərdən pul istəyib

  • By admin
  • 20 Mart 2021 19:57

Azyaşlı qızlara illərlə təcavüz edən, “Skopin manyakı” kimi tanınan Viktor Moxov törətdiyi cinayətlərlə bağlı əvvəllər məlum olmayan detalları jurnalistlərə satmağa çalışıb.

Bu barədə RT məlumat yayıb.

V.Moxov həbsxanada olarkən jurnalistlər bir neçə dəfə onunla əlaqə saxlayaraq müsahibə almaq istəyiblər. Lakin V.Moxov razılaşmayıb. Bundan sonra V.Moxov özü 2020-ci ildə televiziya şousunda qonaq olmaq və qurbanlarından biri Yekaterina ilə bağlı etiraflar etmək istədiyini bildirib və bunun üçün qonorar istəyib.

 

Gununsesi.info