
Şirvan şəhər sakini Cəmaləddin Məmmədzadə aralarında yaranmış mübahisə zəminində tanışı Amid Əliyevə kəsici-deşici alətlə xəsarət yetirib.
Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, C.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
***
18 yanvar, saat 23.40
Şirvan sakini qonşusu tərəfindən bıçaqlanıb
Gununsesi.info APA-ya istinadən xəbər verir, hadisə Şirvan şəhəri İ. Qayıbov küçəsində baş verib.
Aralarında mübahisə yaranmış mübahisə zəminində Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Amid Xanzalı oğlu qonşusu tərəfindən bıçaqlanıb.
Bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan yaralı Şirvan xəstəxanasına yerləşdirlib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.