Türkiyənin İstanbul şəhərində “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf tviterdə bildirib.
SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə baş tutan iclasda “SOCAR Türkiyə”nin ötən ilə dair yekunları haqqında danışılıb, 2023-cü ilin ilk 5 ayı ərzində əldə edilən nəticələr, il ərzində görüləcək işlər və qarşıya qoyulan hədəflər müzakirə olunub.
Gununsesi.info