“Space”-in yeni rəhbəri Korovinin daha iki yaxınını işdən uzaqlaşdırdı

“Space” Televiziyasına yeni baş direktoru Ayaz Mustafayev keçmiş rəhbər Vado Korovinin daha iki yaxınını işdən kənarlaşdırıb.

Bu barədə Gununsesi.info -ya daxil olan məlumatda bildirilib.

Məlumata görə, işdən kənarlaşdırılan şəxslər təsərrüfat işləri üzrə müdir Elvin Hacıyev və Şamo adlı qaraj müdiridir.

Qeyd edək ki, hər iki şəxs Vado Korovinin kürəkəni Nəriman Əbdüləliyevin dostlarıdır.

Qeyd edək ki,  Ayaz Mustafayev Vado Korovinin qızını və onun komandasındakı şəxslərin əksəriyyətini vəzifədən uzaqlaşdırsa da, kürəkəni Nəriman Əbdüləliyev hələ də “Space” TV- də qalır.

Adıçəkilən şəxsin “Space” TV -dəki bir sıra qalmaqallarda adı hallanıb.

 

 

Elmar

Gununsesi.info