Stiven Spilberq “Oskar”da yeni rekorda imza atdı

  • By admin
  • 09 Fevral 2022 16:13

Fevralın 8-də 94-cü “Oskar” mükafatı üçün nominasiyalar elan edilib.

Britaniyalı aktyor Benedikt Kamberbetçin baş rolunu oynadığı “İtin hakimiyyəti” (“The Power of the Dog”)  filmi 12 nominasiya ilə nominant filmlər siyahısına başçılıq edir. Dramın rejissoru Ceyn Kempion bir neçə dəfə “Ən Yaxşı Rejissor” nominasiyalarını alan ilk qadın olmaqla tarixə düşüb.

Rejissor nominantı Stiven Spilberq də yeni rekorda imza atıb. Ümumilikdə yeddi nominasiya qazanan “Vestsayd hekayəsi” (“West Side Story”) filminin prodüseri kimi Spilberq ən yaxşı film nominasiyasında 11 film çəkib. Bu isə “Oskar” üçün yeni rekorddur.

 

Denzel Vaşinqton “Makbetin faciəsi” (“The Tragedy of Macbeth”) filmindəki performansına görə 10-cu “Oskar” nominasiyasını qazanmaqla, ən çox namizəd göstərilən qaradərili aktyor kimi artıq sahib olduğu rekordu genişləndirdi.

Qeyd edək ki, Oskar mükafatlandırma mərasimi martin 27-də keçiriləcək.

 

 

Gununsesi.info