“Buster doza növbəti dalğadan qorunmaq üçün əsasdır” - SƏHİYYƏ NAZİRLİYİ

  • By admin
  • 09 Fevral 2022 16:03

“Vaksinasiyada aktiv iştirak etmək lazımdır ki, üzümüzə gələn dalğalarda daha ağır xəstələnməyək”.

Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, hətta buster doza insanlarda immuniteti 2 həftə sonra gücləndirir: “Güman edirik ki, sonuncu dalğa daha qısa müddətdə olacaq. Bu gün vurulan buster doza belə növbəti dalğadan qorunmaq üçün əsasdır”.

 

Gununsesi.info