Sülh Şurasının saytı istifadəyə verilib.
Gununsesi.info-nun məlumatına görə, “boardofpeace.org” ünvanı ilə fəaliyyətə başlayan saytın ilk səhifəsində Azərbaycanla bərabər digər 26 təsisçi üzv dövlətlərin adları qeyd olunub.
Saytda Şuranın Xartiyası, Qəzza sülh planı, sənədlər və keçirilmiş görüşlərə dair məlumatlar yerləşdirilib.
Həmçinin, saytda şuranın və Qəzza İdarə Heyətinin üzvləri ilə tanış olmaq mümkündür.












