Sülhməramlılar Qazaxıstanı TƏRK EDİR

  • By admin
  • 11 Yanvar 2022 10:30

“Qazaxstanda KTMT-nin Sülhməramlı Missiyası uğurla yerinə yetirilib. KTMT-nin sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılması iki gündən sonra başlayacaq. KTMT-nin Sülhməramlı Qüvvələrinin çıxarılması prosesi 10 gündən çox olmayacaq”.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün keçirdiyi iclasda deyib.

“Qazaxıstana hücum planı mürəkkəb olub. Bu məsələnin üstündə peşəkarlar işləyirdi. Hücumçular Qazaxıstanda hakimiyyəti ələ keçirmək istəyiblər. Dövlət çevirilişi isə baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sxemi yenidən formalaşdırılmalıdır.

Ölkədə Milli Qvardiyanın yeni bölmələri və xüsusi təyinatlılar yaradılmalı, sərhəd xidmətinin fəaliyyətinə yenidən baxılmalıdır. Ölkədə dini ekstremizm və cinayətkarlığın qarşısı alınmalıdır. Təəssüf ki, sosial bərabərsizlik problemi pisləşməkdədir” , – deyə Tokayev bildirib.

Gununsesi.info