Sülhməramlıların daha 6 maşını aksiya ərazisindən keçdi

  • By admin
  • 03 Yanvar 2023 21:39

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Gununsesi.info xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 5 təminat və 1 minik avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru maneəsiz keçməsinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, gün ərzində ümumilikdə sülhməramlılarına məxsus 26 avtomobil ərazidən maneəsiz keçib.

Gununsesi.info