Sumqayıtda əməliyyat: 56 yaşlı qadın saxlanıldı

  • Müəllif: Firuzə
  • 18 Dekabr 2025 10:43

Sumqayıtda qadın əvvəlcədən tanış olduğu şəxsi məktəblərdən birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7 min manatını ələ keçirib.

Gununsesi.info xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyatla 56 yaşlı G.Əlimusayeva əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info