Tanınmış qiraətçi Nadir Hüseynov dəfn edilib

  • Müəllif: Firuzə
  • 18 Dekabr 2025 10:56

Tanınmış qiraətçi Nadir Hüseynov Xırdalan qəbiristanlığında dəfn edilib.

Gununsesi.info xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.

Xatırladaq ki, tanınmış qiraətçi ilə vida mərasimi evində keçirilib.

Qeyd edək ki, Nadir Hüseynov dünən sükan arxasında ürəktutması nəticəsində vəfat edib.

Gununsesi.info