Sumqayıtda emalatxanada partlayış - Xəsarət alan var

Sumqayıtda emalatxanada partlayış olub.

Gununsesi.info xəbər verir ki, hadisə “İnşaatçılar” yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info