Suriya 12 il sonra yenidən Ərəb Liqasına döndü

  • By admin
  • 08 May 2023 09:52

Suriyanın Ərəb Dövlətləri Liqasına dönməsi üçün anlaşma imzalanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bununla Suriya 12 ildən sonra yenidən Ərəb Birliyinə üzv olacaq.

Suriyanın quruma yenidən dönməsi üçün ölkədəki daxili savaşın siyasi bir həllə qovuşdurulması üçün addımlar atılması şərti qoyulub.

Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri 19 mayda S. Ərəbistanda keçiriləcək Ərəb Birliyi Zirvəsi öncəsində birliyin əsas mərkəzinin olduğu Misirin Qahirə şəhərində toplanıblar.

Qapalı görüş zamanı üzv ölkələrin nazirləri keçirilən səsvermədə Suriyanın Ərəb Dövlətləri Liqasına dönməsinə qərar veriblər.

Xatırladaq ki, Suriyanın Ərəb Birliyinə üzvlüyü 2011-ci ildə başlayan daxili savaş zamanı Prezident Bəşər Əsədin etirazçılara yönəlik basqı və şiddətli müdaxilə əmri verməsinin ardından ləğv edilmişdi.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info