Suriyanın cənubunda əməliyyat

  • Müəllif: Admin08
  • 20 Sentyabr 2025 18:10

İsrail qüvvələri Suriyanın cənubunda yerləşən Əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq Əs-Samdaniya yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçiriblər.

Gununsesi.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, İsrail ordusunun patrul dəstəsi kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub və bir neçə avtomobili yoxlayıb.

Telekanaldan bildirilib ki, sentyabrın 19-da axşam saatlarında dörd zirehli maşından ibarət karvan Cənubi Suriyanın Deraa əyalətinin ərazisinə daxil olaraq orada reyd keçirib.

Gununsesi.info